Pleyeri seçin:

Avropanı mat qoyan Ənvər Paşanı Bakıda niyə qətlə yetirmək istədilər? - ARAŞDIRMA

23 iyul 2024 280 baxış

Onun haqqında həm sağlığında, həm də şəhid olandan sonra çox müzakirələr aparıldı.

Söhbət bəzilərinin cəsur hərbçi, şanlı komandan, bəzilərinin isə xəyalpərəst, macəra ardından qaçan general hesab etdiyi Ənvər Paşadan gedir.

O, Sultan II Əbdülhəmidin devrilməsi ilə “hürriyyət qəhrəmanı” kimi ad qazanır. Daha sonra İkinci Balkan müharibəsi dövründə Ənvər Paşanın komandanlığı ilə süvari qüvvələri 22 iyul 1913-cü ildə dörd aya yaxın düşmən istilası altında qalan Ədirnəni azad edir və bununla da “Ədirnənin qurtarıcısı” adını qazanır. Dramaturq Cəfər Cabbarlı “Ədirnə fəthi” əsərini məhz Ənvər Paşaya həsr etmişdi.

Ənvər Bəyin 4 yanvar 1914-cü ildə üç rütbə birdən yüksəldilərək “Paşa”, yəni general kimi müdafiə naziri təyin edilməsindən sonra Türkiyədə ordunun dəstəyi ilə “İttihad və Tərəqqi Cəmiyyəti” siyasi məsuliyyəti üzərinə alır.

Onun keçirdiyi bir sıra islahatlar nəticəsində əvvəllər fransız hərb sistemi ilə idarə olunan Osmanlı ordusu alman hərb sisteminə keçid edir. Ənvər Paşa tərəfindən bütün ordu başçıları gəncləşdirilir, gənc zabitlər milli – türk, turan ruhunda yetişdirilməyə başlanır.

Ənvər Paşanın şəxsində bu üç cərəyan – türkçülük, islamçılıq və müasirlik bir vəhdət təşkil edirdi. Azərbaycanlı ittihadçı, Cümhuriyyət bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadə bayrağımızın üç rəngini məhz Ənvər Paşanın bu ideyasından təsirlənərək təklif edib.

Türkiyəni ağır şərtlər altında öz taleyinə buraxması Ənvər Paşanın yüksəklikdən enməsidir ki, bu eniş onun taleyini müvəqqəti olaraq bolşeviklərə bağladı. Ağır məğlubiyyətdən sonra alman sualtı qayığında Odessaya, oradan Berlinə gələn Ənvər Paşa bir müddətdən sonra Moskvaya gəldi.

Uçduğu təyyarə yolda qəzaya uğrasa belə, Paşa salamat qaldı, gənc rus dövləti üçün təhlükəli olsa belə bütün qadağaları aradan qaldırıb, Kremldə Leninlə görüşdü, aralarında anlaşma oldu. Atatürkə də eyni “səmimiyyət” göstərən Lenin bu iki türk sərkərdəsini üz-üzə qoymaq, maraqlarının ödənilməsində yararlanmaq istəyirdi.  

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 280 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 280 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 280 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 280 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 280 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 280 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 280 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 280 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 280 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 280 baxış
Seçilmişlər
icon