Medvedev raket hücumundan video paylaşıb Ukraynaya meydan oxudu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Oreşnik” ballistik raketinin noyabrın 21-i axşam saatlarında Ukraynanın Dnepropetrovsk şəhərindəki Yujmaş zavodunu vurması anını əks etdirən video yayımlayıb.
Siyasətçi sözügedən görüntüləri “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
“Yəni istədiyiniz bu idi? Yaxşı cavab aldınız! Hipersonik ballistik raketin hücum anı”, – deyə D.Medvedev paylaşımında bildirib.
Yayılan görüntülərdə döyüş başlıqlarından çıxan alovlu izlərin yüksək sürətlə əraziyə düşdüyü görünür.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciəti zamanı bildirib ki, Rusiya Federasiyası Ukrayna tərəfindən ABŞ və Böyük Britaniyanın uzaqmənzilli raketlərinin hücumlarına cavab olaraq Ukraynadakı hədəfləri ən son ortamənzilli ballistik raketlərlə vurub.
#Dmitri Medvedev teqi istifadə olunub
- Medvedevin “X” barədə açıqlamasında Avropa sakinlərinə ünvanladığı sual nə deməkdir?
- Medvedevdən Ermənistana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI
- Medvedevdən Ermənistanın Baş nazirinə sərt xəbərdarlıq - Baku TV CANLI
- Medvedev Paşinyanı tənqid etdi | Ermənistan Baş naziri postunu itirə bilər - Baku TV
- "Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI
