Pleyeri seçin:

Avtomobil istehsalçıları milyardlarla pul itirir | Yaponiyada təcili iclas keçirildi

29 mart 2025 717 baxış

Almaniyanın avtomobil istehsalçıları ABŞ Prezidenti Donald Trampın ölkədən kənarda istehsal edilən avtomobillərə və avtomobil hissələrinə 25 faizlik tarif elan etməsindən sonra 4,5 milyard avro itki ilə üz-üzə qalıblar.

Xarici medianın məlumatına görə, Nyu-York Birjasında “General Motors”un səhmləri 9,2%, “Ford”un səhmləri 2,7%, “Toyota”nın səhmləri isə Tokio birjasında 4% dəyərdən düşüb. Avropanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” 1,5 faiz, “Mercedes”, BMW və “Porsche” avtomobillərində də əhəmiyyətli azalma müşahidə olunur.

İnvestorlar elektrikləşdirmənin yavaş artımı və yüksək logistika xərcləri ilə onsuz da çətin vəziyyətdə olan sənayedə daha yüksək xərclər və fəsadlar yaranacağından narahatdırlar.

Almaniya Avtomobil Assosiasiyasının prezidenti Hildegard Müller sözügedən tarifin Avropa İttifaqından ABŞ-yə ixraca əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyini, bunun ABŞ iqtisadiyyatına da birbaşa təsir edəcəyini iddia edib. O, ABŞ və Avropa Birliyini ikitərəfli razılaşmaya dair dərhal danışıqlara çağırıb.

Yaponiyanın Baş naziri Şiqeru İşiba müvafiq qurumlara qanunvericiliyə əsasən tariflərə qarşı “bütün variantların” masada olmasını tapşırıq. Seulda isə hökumət tariflərin təsirini müzakirə etmək üçün avtomobil istehsalçıları ilə təcili iclas keçirib.

Kanadanın Baş naziri Mark Karni tarifləri ABŞ-Meksika-Kanada Razılaşmasına “birbaşa hücum” adlandırıb və Ottavanın cavab variantlarını nəzərdən keçirəcəyini açıqlayıb. Tariflərdən zərər çəkən təkcə kanadalı və meksikalı işçilər olmayacaq. Əgər bu iki ölkədən gələn 3,6 milyon avtomobil əlçatmaz olarsa, bu, həmin ölkələrin yığma zavodlarını təchiz edən ABŞ avtomobil hissələri zavodlarını vura bilər.

Əgər bu ölkələr ABŞ-də yığılan avtomobillərə öz tarifləri ilə cavab versələr, bu, Birləşmiş Ştataların bəzi montaj zavodlarını öz istehsallarını azaltmağa məcbur edəcək.

“Tesla”nın sahibi İlon Mask “X” hesabında avtomobil tariflərinin “Tesla”ya əhəmiyyətli təsir göstərəcəyindən yazıb. O, bunun başqa ölkələrdən gələn “Tesla” avtomobil hissələrinin qiymətinə təsir edəcəyini istisna etməyib.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 717 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 717 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 717 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 717 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 717 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 717 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 717 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 717 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 717 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 717 baxış
Seçilmişlər
icon