Aylarla gizli yerlərdə qalan Zelenskinin xanımından etiraf
“Biraz xudbin səslənsə də, etiraf edirəm ki, mən yanımda tarixi şəxsiyyət yox, həyat yoldaşımın olmağını istəyirəm”.
Bu sözləri Ukraynanın birinci xanımı Yelena Zelenskaya Birləşmiş Krallığın “BBC” telekanalına müsahibəsi zamanı deyib. O, ailəsi ilə birlikdə vaxt keçirə bilmədiyindən təəssüflənib.
Ukraynanın birinci xanımı həmçinin müharibə başlayandan sonra uşaqları ilə birlikdə aylarla gizli yerlərdə qaldığını etiraf edib: “Amma biz həm emosional, həm də fiziki gücümüzü qorumağa davam edirik. Müharibə başlayandan bəri daimi adrenalin yaşayıram. Zaman keçdikcə anlayıram ki, sakitləşmək və mövcud şəraitə uyğunlaşmaq lazımdır”.
Yelena Zelenskaya həyat yoldaşı ilə birlikdə yaşamadığına da diqqət çəkib.
“Bizim bir-birimizi görmək imkanımız olsa da, bu, istədiyimiz qədər deyil. Oğlum atası üçün çox darıxır. Qızımın 19 yaşı var. Övladlarımızın gələcək barədə heç bir xəyal və plan qurmaması məni çox narahat edir”, – deyə o əlavə edib.
Birinci xanım Zelenskiyə inandığını və daim onu dəstəklədiyini də qeyd edib: “Mən ona inanıram və onu dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Qələbə qazanacağımıza dair böyük ümidimiz var, amma bunun nə vaxt reallaşacağını bilmirik”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Belçika Ukraynaya daha üç “F-16” qırıcısı və əlavə maliyyə dəstəyi verəcək
- Qırıcı razılaşması və milyardlıq dəstəkdən sonra Kiyevə hansı xəbər gələcək? - Baku TV CANLI
- Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR
- Zelenskiyə Trampdan gözlənilməz Moskva təklifi: Liderlərin görüşündə nələr yaşanıb? - Baku TV CANLI
- Avropa İttifaqı və Ukrayna xəttində razılaşdırılmayan məqamlar var - Baku TV
