Azərbaycan qazının tədarük olunduğu qaz kəmərində hücumdan sonrakı vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 6-da Ukraynanın cənubunda Rusiyanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış “Orlovka” qaz kəməriAzərbaycan qazının tədarük olunduğu qaz kəmərində hücumdan sonrakı vəziyyət ilə təchizat bərpa edilib.
Bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.
Bildirilib ki, tədarük əvvəlki qaydada həyata keçirilir. Avqustun 7-də Rumıniya ilə sərhəddin yaxınlığında yerləşən kəmər vasitəsilə 420 min kubmetr qazın nəql edilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya Ukraynanın cənubunda, Odessa vilayətində ABŞ-dən mayeləşdirilmiş qaz və Azərbaycandan təbii qaz idxalı üçün istifadə olunan kompressor stansiyasına zərbə endirib. Stansiya Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilir.
#Odessa teqi istifadə olunub
- Gecə hücumu sakinləri təşvişə saldı | Odessada 21 mərtəbəli bina vuruldu - Baku TV CANLI
- Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI
- Stadion və ətraf obyektlərə ziyan dəydi
- Ukrayna şəhərləri hədəfdə: İtki və dağıntılarla bağlı yeni təfərrüatlar - Baku TV
- Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınacaq - Baku TV
