Ballistik raketlər şəhərləri alt-üst etdi | Rusiya-Ukrayna arasında şiddətli savaş
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 25-dən 26-na keçən gecə və səhər saatlarında Rusiya Silahlı Qüvvələri dron, raket və PUA ilə Ukraynanın bir neçə şəhərini kütləvi atəşə tutub. Dneprə edilən hücum səbəbindən 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Raketlərin düşməsi nəticəsində yaşayış evlərində və iaşə obyektlərində yanğınlar baş verib.
Bu barədə Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak məlumat verib.
Xarkov meri İqor Terexov sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, Xarkova idarəolunan aviasiya bombaları, ballistik raketlər və dronlarla edilən hücum nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3-ü xilasedicidir.
Xerson və Donetsk Regional Dövlət Administrasiyasının açıqlamasında vurğulanıb ki, sutka ərzində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, son sutka ərzində Rusiyanın 1080 hərbi qulluqçusu və 7 tankı məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən qeyd olunub ki, gecə Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus təyyarə tipli 54 PUA-nı məhv edib.
#Rusiya Silahlı Qüvvələri teqi istifadə olunub
- Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs
- 185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA
- Ukrayna Ordusu Luqanskda avtobusa zərbə endirib - Baku TV
- Ölənlərin sayı durmadan artır | Rusiya ballistik raketlər və dronlarla dəhşət saçdı - Baku TV
- Rusiyanın gecə hücumundan sonra Kiyevdə vəziyyət daha da ağırlaşdı - Baku TV
