Pleyeri seçin:

Banqladeşdə aləm bir-birinə dəydi | Ölənlərin sayı 300-ü keçdi

06 avqust 2024 480 baxış

Banqladeşin Baş naziri Şeyx Hasina istefa versə də, ölkədə vəziyyət hələ də gərgindir, iğtişaşlar davam edir.

Bu səbəbdən Hindistanın sərhəd təhlükəsizlik qüvvələri Banqladeşlə sərhəddə həyəcan səviyyəsini artırıb. Paytaxt Dəkkədə yerləşən Beynəlxalq Hava Limanının istifadəsi isə insan axını səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Həftələrdir davam edən etirazlar avqustun 4-ü “Ayrı-seçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra daha da güclənib. Polislə əhali arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb. Yüzlərlə insan yaralanıb.

Etirazlara səbəb isə dövlət qurumlarında vəzifələrin 30%-nin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə müharibədə iştirak edən veteranların qohumlarına verilməsinə dair qərar olub. Sonradan Banqladeş Ali Məhkəməsi qərarı ləğv edərək, kvotanı 7%-ə endirib.

Ölkəni tərk edən 76 yaşlı Şeyx Hasinaya gəlincə isə o, 2009-cu ildən bu vəzifədə olub. Onu da bildirək ki, Hasina hazırda müvəqqəti olaraq Hindistandadır. O, sığınacaq tələb etdiyi Böyük Britaniyaya köçürülməsini gözləyir. Hindistana getməsi isə insanlarda qıcıq yaradıb.

Banner
Tehranın nüvə proqramı və dondurulmuş aktivləri müzakirə olunur

Tehranın nüvə proqramı və dondurulmuş aktivləri müzakirə olunur

Dünya
04 noyabr 2026 480 baxış
Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir

Sazişin adada iki yeni hərbi baza yaratmağa imkan verdiyi bildirilir

Dünya
04 noyabr 2026 480 baxış
İsrail kruiz gəmisi Yunanıstan limanında yoxlanılıb

İsrail kruiz gəmisi Yunanıstan limanında yoxlanılıb

Dünya
04 noyabr 2026 480 baxış
Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV

Avropa bu razılaşmaya nə deyəcək? | “Hazırkı real vəziyyət göstərir ki...” - Baku TV

Dünya
04 noyabr 2026 480 baxış
Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR

Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR

Dünya
04 noyabr 2026 480 baxış
Avropada panika yaradan hadisə | Soyuducuları kim və niyə isidir? - Baku TV

Avropada panika yaradan hadisə | Soyuducuları kim və niyə isidir? - Baku TV

Dünya
04 noyabr 2026 480 baxış
Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV

Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV

Dünya
04 noyabr 2026 480 baxış
22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV

22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV

Dünya
04 noyabr 2026 480 baxış
Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV

Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV

Dünya
04 noyabr 2026 480 baxış
Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV

Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV

Dünya
03 noyabr 2026 480 baxış
Seçilmişlər
icon