Başqırdıstanlı fəalın həbsi iğtişaşla bitdi, hakimiyyət üzr istədi
“Baymak şəhərində Fail Alçinovun məhkəməsindən sonra baş verən kütləvi iğtişaşlarda günahın bir hissəsi hakimiyyət orqanlarının üzərinə düşür”.
Bunu Başqırdıstan rəhbəri Radiy Xabirov deyib.
O bildirib ki, Alçinov və onun tərəfdarlarının kimliyi, mahiyyəti barədə insanlara ətraflı izahat verilməyib və bunda bizim günahımız var:
“Hardasa bizim günahımız var: bələdiyyələrin günahı, mənim şəxsi günahım var ki, insanlara tam izahat verməmişik, bu insanların mahiyyətini, məzmununu tam açıqlamamışıq. İndi biz bununla fəal məşğul olacağıq. Mən də susmayacağam, biz bu adamların əsl üzünü göstərəcəyik. Xaricdə olan qruplar Başqırdıstanın Rusiyadan ayrılması ilə bağlı çağırışlar edir. Hakimiyyətin vəzifəsi bu adamların əsl üzünü göstərməkdir”.
Qeyd edək ki, Başqırdıstanın Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli nifrət yaratmaqda təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarından dərhal sonra Alçinovun minlərlə tərəfdarı etirazlara başlamışdı.
#Rusiya teqi istifadə olunub
- Tokio ilə Moskva arasında xaos | Gərginlik niyə alovlandı? - Baku TV CANLI
- NATO Baş katibi Rusiyanın planlarından xəbərdardır? - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Rusiya Kalininqrad üçün nüvə silahına əl atacaq? - Baku TV CANLI
