Bayden bu həftəsonu seçkidə iştirakını dayandıra bilər | Xarici media
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Bayden Konqres liderlərinin, Demokratlar Partiyası üzvlərinin və yaxın dostlarının artan təzyiqləri səbəbindən iyulun 20-21-də seçkidə iştirakını dayandırdığını elan edə bilər.
Bu barədə ABŞ-nin bəzi mətbuat orqanları məlumat yayıb.
Məlumata görə, hazırkı prezidentin partiyadaşları, yaxın ətrafı, eləcə də seçki kampaniyasının ən böyük donorları hesab edirlər ki, C.Bayden yaşı ilə bağlı ictimai rəyi dəyişə, Konqresdə çoxluğu təmin edə və əsas rəqibi olan Donald Trampa qalib gələ bilməyəcək. Qeyd edilir ki, hətta donorlar artıq C.Baydenin seçki kampaniyasına böyük ianələr etmək də istəmirlər. Bu səbəbdən hazırkı dövlət başçısının noyabr ayına qədər prezidentlik yarışında qalmaq üçün vəsaiti çatışmaya bilər.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
