Bayden niyə məhkəməyə verildi? | 450 min seçicinin yoxlanılması...
Yeniliklərdən dərhal xəbərdar olun
Texas ştatının baş prokuroru Ken Pakston ABŞ Prezidenti Co Bayden administrasiyasını ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab vermədiyinə görə məhkəməyə verib.
Onun sözlərinə görə, ABŞ-də seçkilərdə vətəndaşlığı olmayan şəxslərin iştirakı qanunsuzdur və rəsmi yoxlamalar belə halların az olmadığını müəyyən edib.
Sözügedən məsələyə münasibət bildirən ölkənin sabiq prezidenti Donald Tramp isə iddia edir ki, cari ilin noyabrında keçiriləcək seçkilərdə Amerika vətəndaşlığı olmayan daha çox insan səs verəcək.
“Bu saxtakarlıq isə Demokratlar Partiyasının namizədi Kamala Harrisin xeyrinə planlaşdırılıb”, – deyə D.Tramp vurğulayıb.
Ağ Ev administratsiyası isə hələ ki sükutu pozmamaq qərararına gələrək məsələni şərh etməyib
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
