Bayden onu tənqid edənləri ələ saldı | 40 yaşındayam
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Bayden yaşlılığın onu daha müdrik etdiyini deyib və bildirib ki, 40 yaşında görünür. Bu barədə o, Ağ Evdə çıxışında deyib.
“Məncə, müşahidə etmisinizsə, heç nədən asılı olmayaraq yaş sizi müdrikləşdirir. Bundan başqa, bilirəm ki, mən 40-dan çox da yaşlı görünmürəm”, – o bildirib.
Yaşla bağlı sualı cavablandıran ABŞ Prezidenti gələcək seçkidə əsas rəqibi respublikaçı Donald Trampı yenidən tənqid etmək fürsətini əldən verməyib və onun fikirlərini köhnəlmiş adlandırıb:
“Çox təcrübəli olduğumu bilirəm, amma ümid edirəm ki, tənqidçilərin fikirləri çox da köhnəlməyib. Bilirsiniz, o vaxt rəqibim olan və bu dəfə də rəqibim olan məlum oğlanın ideyaları 18-19-cu əsrdən gəlir. Bura onun konstitusiyanın fəaliyyətini dayandırmaq istəyi və ümumiyyətlə dediyi hər fikir daxildir”.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
