Bayden Trampı necə məğlub etmək istəyir? - Buna məcburam!
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikaçıların namizədi Donald Trampla bərabər mübarizə aparan ABŞ Prezidenti Co Bayden prezidentlik yarışını tərk etməsinin səbəbini açıqlayıb.
C.Bayden bu barədə “CBS” telekanalına verdiyi müsahibəsində danışıb.
O, Konqres seçkisində Demokratlar Partiyasındakı həmkarlarına zərər verməmək üçün ən yüksək dövlət postu uğrunda mübarizədən geri çəkildiyini bildirib.
“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, – deyə 81 yaşlı C.Bayden bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
