Baydenin çıxışı hamını çaşbaş saldı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden növbəti dəfə gündəmi zəbt etməyi bacarıb. Bu dəfə onun Kentukkiyə səfəri zamanı ölkəsinin gələcəyi ilə bağlı anlaşılmayan çıxışı tviter istifadəçilərini çaşdırıb.
“Ən yaxşı günlərimiz qabaqdadır. Mən bunu ürəkdən deyirəm. Uzun müddətdir ki, bunun üzərində işləyirəm. ABŞ-nin perspektivləri ilə bağlı danışarkən heç vaxt bu qədər nikbin olmamışam. Dünyanın 140-dan çox ölkəsində olmuşam. Köhnə qonşumun dediyi ifadəni xatırlatmaq istəyirəm: dünyanın qalan hissəsi “cins şalvarımızdakı yamaq” deyil. İstədiyimizi ediriksə, istədiyimizi etməliyik. Həmrəy olsaq, gücümüzün qarşısında heç nə dura bilməz”, - deyə o bildirib.
“Onun sözləri hər zaman olduğu kimi, yenə də başa düşülməyib. Bayden nə demək istəyib axı?”, - deyə amerikalılar Ağ Ev liderinin çıxışı ilə bağlı çaşqınlığını ifadə ediblər.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
