Baydenin əmisinin başına nə gəlib? | Maraqlı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Baydenin əmisi Ambrose Finneqanın İkinci Dünya müharibəsi zamanı Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyi deyilib.
C.Bayden bu barədə Skranton şəhərində əmisinin adını daşıyan müharibə abidəsini ziyarət edən vaxt jurnalistlərə açıqlamasında bildirib.
“Əmimin olduğu təyyarə Yeni Qvineya üzərində vuruldu. Təyyarənin bəzi qalıqları tapılsa da, əmimin cəsədini tapa bilmədilər. Çünki Yeni Qvineyanın o ərazisində çoxlu adamyeyənlər var idi”, – C.Bayden deyib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, C.Baydenin əmisi Ambrose Finneqanın olduğu A-20 təyyarəsi 1944-cü ilin mayın 14-də Yeni Qvineya sahilində okeana düşüb. Təyyarədə olan 4 nəfərdən yalnız biri xilas edilib. Qalan 3 nəfərin cəsədini isə tapmaq mümkün olmamışdı.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
