Pleyeri seçin:

Baydenin geri çəkilməsi öncədən planlanmış oyun idi? - Demokratlardan etiraz

24 iyul 2024 159 baxış

ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının namizədi olaraq qatılacağı prezident seçkilərində iştirakdan imtina edib.

Co Bayden respublikaçı rəqibi Donald Trampdan vur-tut 3 yaş böyük olsa da, artıq yaddaşını itirmək üzrədir.

Xəstəliyi getdikcə şiddətlənir, özünü toparlaya bilmir. Prezidentin bir neçə gün əvvəl həyat yoldaşını başqa qadınla səhv salması isə bardağı daşıran son damla olub.

4 il əvvəl, 2020-ci il seçkilərində də Co Baydenin xəstəliyi ilə bağlı kifayət qədər iddialar var idi.

Əslində, Co Bayden komandanın görünən üzü idi. Hər nə qədər prezident kimi hər yerdə onun adı çəkilsə də, Ağ Evə faktiki rəhbərliyi vitse-prezident Kamala Harris edirdi.

Keçmiş prokuror kimi sərt intizamı və güclü hüquq təhsilinə malik olması Kamala Harrisin dövlət aparatını idarə edərkən müəyyən uğurlar qazanmasına yol açıb.

Lakin ABŞ üçün vacib olan xarici siyasətdə o nə qədər uğurlu olacaq, bunu demək çox çətindir. Xüsusilə ona görə ki, Kamala Harrisin Dövlət katibi Entoni Blinklenlə münasibəti pisdir və prezident seçiləcəyi təqdirdə baş diplomatı dəyişdirəcəyi gözləniləndir. Bu isə hazırda Demokratlar Partiyası daxilində əsas narahatlıq yaradan məqamdır.

Co Baydenin yarışdan çəkilməsi ABŞ tarixində ilk hadisə deyil. 1952-ci ildə Harri Trumen, 1968-ci ildə isə Lindon Conson seçkilərdə iştiraklarını elan etsələr də, bir müddət sonra namizədlikdən imtina etmişdilər.

Lakin indiki proses digərlərindən fərqlidir. Öncə onu nəzərə alaq ki, cənab C.Bayden partiyanın ümumi qurultaya 1 ay qalmış yarışdan çəkilib. Bu, olduqca qısa müddətdir və partiya daxili proseslərə ciddi təsir edəcək amildir.

ABŞ siyasi sistemində olan hər iki partiya – həm Respublikaçılar, həm də Demokratlar qurultaydan öncə hər ştatda ilkin səsvermə keçirirlər və namizədlər səs toplayaraq qurultaya nümayəndələr qazanırlar.

C.Baydenin qəflətən çəkilməsi bu prosesi iflic edib. Artıq ümumi qurultaya çox az vaxt qalıb və yenidən bütün ştatlarda səsvermə keçirmək mümkün olmayacaq.

Ola bilər ki, Co Bayden seçkidən çəkilmə qərarını çoxdan vermişdi, lakin özünə yaxın olan vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının vahid namizədi etmək üçün belə oyun oynayıb. İndi partiya məcburiyyətdən K.Harris ətrafında birləşməli və seçkiyə onunla getməlidir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 159 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 159 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 159 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 159 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 159 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 159 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 159 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 159 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 159 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 159 baxış
Seçilmişlər
icon