Baydenin prezidentlikdən çəkilməsi barədə qalmaqal | Sənədi o imzalamayıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Co Bayden daha əvvəl onu bu yarışdan yalnız “Tanrının geri çəkə biləcəyini” bildirmişdi.
Amerikalı jurnalist və “Fox News” kanalının aparıcısı Bret Baier ABŞ Demokratik Partiyasından Prezident Co Baydenin “həyatda olduğunu sübutunu” təqdim etməyi tələb edib.
Jurnalist qeyd edib ki, dünya Co Baydenin prezidentlik yarışından geri çəkildiyini yalnız özünün “X” sosial şəbəkədə dərc olunmuş bəyanatından öyrənib. Ümumiyyətlə, ölkə rəhbərini son 24 saat ərzində heç kim görməyib və bu, jurnalisti “narahat edir”.
Jurnalist 1968-ci ildə Lindon Consonun da prezidentlik yarışından çəkildiyini, amma bunun rəsmi bəyanatla və kamera qarşısında etdiyini yada salıb. O deyib ki, Baydenin prezidentlik yarışından çəkilməsi haqda nə rəsmi qeyd var, nə görüntü.
Daha bir telejurnalist Dana Perino da bu fikri təkrarlayıb. Onun sözlərinə görə, son çəkilişdən bəri Baydenin heç fotoşəkili belə dərc olunmayıb. Bəziləri hesab edir ki, prezidentlik yarışından geri çəkilməklə bağlı bəyanatı şəxsən Bayden tərəfindən imzalanmayıb. Arqumentlər çox deyil, amma var: xüsusən də dərc edilmiş sənəddəki imzadakı “B” hərfi digərlərindən fərqlidir. Qeyd edək ki, “Fox News” mühafizəkar mövqeyi ilə seçilir və Respublikaçılar Partiyasına yaxındır.
ABŞ prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi Bayden iyulun 21-də sosial media hesabından məktub yayımlayaraq namizədliyini geri götürdüyünü və prezidentliyə namizəd olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Bayden seçkidən 4 ay əvvəl verdiyi qərarın “partiyasının və ölkəsinin rifahı naminə” olduğunu bildirib.
Onu da qeyd edək ki, mükəmməl tərəfdaş adlandırdığı Kamala Harrisə uğurlar diləyən Baydenin seçimlərdən çəkilməsi bir az da gözlənilməz olub.
Belə ki, Bayden keçən həftə koronavirus diaqnozu qoyulduqdan sonra vətəni Delaver ştatında dincələrkən “növbəti həftə seçki kampaniyasına qayıtmağı səbirsizliklə gözlədiyini” söyləmişdi. Hətta Co Bayden daha əvvəl onu bu yarışdan yalnız “Tanrının geri çəkə biləcəyini” bildirmişdi. Daha sonrakı açıqlamalarında isə səhhətində problem olarsa, geri çəkilmək barədə düşünə biləcəyini vurğulamışdı.
#Co Bayden teqi istifadə olunub
- Donald Tramp yenidən sabiq prezident Baydeni ittiham edib - Baku TV CANLI
- Tramp Obama və Baydenin Tehranla bağlı siyasətini sərt tənqid edib
- 907-ci düzəlişin qəbul edilməsində Co Baydenin rolu
- Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib | İlham Əliyev - Baku TV
- “Azərbaycana qarşı ədalətsiz düzəlişi qəbul etdilər” | Prezidentdən açıqlama - Baku TV
