Belçikadakı kritik görüşdə mühüm müzakirələr aparıldı | "Bu xərclər mütləq ödənilməlidir!"
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-ya üzv ölkələrin müdafiə nazirləri Brüsseldə bir araya gəliblər. Alyansın Baş katibi Mark Rutte dəyirmi masadan öncə bildirib ki, tarixi məqsədlər və gələcək imkanlar barədə razılıq əldə olunacaq.
Qeyd edək ki, əsas məsələlərdən biri NATO-nun müdafiə xərclərinin ödənilməsi istiqamətində hər ölkəyə düşən faiz dərəcələrinin 5-ə qaldırılmasıdır.
ABŞ-nin müdafiə naziri Pit Heqset də bu barədə danışıb.
Onun fikrincə, bəzi ölkələrdən investisiya axını 2 faizi keçmək üzrədir, amma məqsəd bu göstəricini 5 faizə çatdırmaqdır: “Avropa və Kanada da bu məsələdə fəallaşmalıdır. Çünki əsas məqsəd qitənin müdafiəsi və təhlükəsizliyidir. Donald Tramp Haaqada bu barədə danışıb. Ümidvaram ki, müttəfiqlərimiz üzərlərinə düşənin öhdəsindən gələcəklər. Hər bir ölkə Alyansın hərbi xərclərinin 3,5 faizini ödəməli, 1,5 % isə infrastruktura ayrılmalıdır. Toplam 5 faiz”.
Qeyd edək ki, “Reuters”də NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin şəkil çəkdirməzdən öncə səmimi söhbətlərinin də görüntüsü yayılıb. Əsas diqqət isə yenə ABŞ müdafiə naziri Pit Heqsetin üzərində olub.
Çünki NATO ölkələri ABŞ-nin Alyansı tərk edəcəyi ilə bağlı ehtimallardan narahat idilər. Əsas risk Avropanın nüvə təhlükəsizliyinin təminatı ilə bağlı olub. Hazırda isə bu narahatlıq nisbətən azalıb. Görünür, Donald Tramp öz şərtlərini NATO-da qəbul etdirə bilib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
