Belqorod vilayəti atəşə tutuldu | Yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Belqorod vilayəti atəşə tutulub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. Bildirib ki, xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.
Onu da qeyd edək ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod, Voronej və Rostov vilayətləri üzərində 2 “Toçka-U” raketi, 20 pilotsuz uçuş aparatı, 19 raket və 5 kiçik hava şarını məhv edib. PUA dağıntılarının Rostov vilayətinə düşməsi nəticəsində isə ərazidə yerləşən sənaye binasına ziyan dəyib.
Bu arada, Ukraynanın Çerniqov şəhərinə edilən raket zərbələri nəticəsində ölən və yaralanların sayı artıb. Ölkənin Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Dövlət Xidmətinin açıqladığı son rəqəmlərə görə, həlak olanların sayı 18-ə, yaralananların sayı isə 77 nəfərə çatıb. Bildirilib ki, yaralılardan 4-ü azyaşlıdır.
Eyni zamanda ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 3 nəfər dağıntılar altından sağ çıxarılıb.
#Belqorod vilayəti teqi istifadə olunub
- Belqoroda kütləvi dron hücumu | Yaralıların arasında uşaqlar da var - Baku TV
- Rusiyaya şiddətli zərbə | Ölən və yaralananlar var
- Rusiyanın cavabı Kiyevə hücum oldu | Zərər çəkənlərdən azərbaycanlılar da var
- Belqorod atəşə tutuldu | Ölən və yaralananlar var
- Ukrayna Rusiyanı PUA-larla atəşə tutdu | Rusiyadan gözlənilməz cavab zərbəsi
