Berlin beynəlxalq dəniz missiyasına qoşulma ssenarilərini nəzərdən keçirir
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti Hörmüz boğazında gəmiçiliyin mühafizəsi əməliyyatına Bundesverin potensial cəlb edilməsi ssenarilərini qeyri-ictimai formatda nəzərdən keçirir.
Bu barədə yerli "Der Spiegel" nəşri yazır.
Nəşr qeyd edib ki, Berlinin hazırda maksimum ehtiyatlılıq nümayiş etdirməsinə baxmayaraq, pərdə arxasında Bundesverin Hörmüz boğazındakı hərbi əməliyyatda iştirakının müxtəlif variantları fəal şəkildə işlənib hazırlanır.
"Hərbi rəhbərliyin nümayəndələri vurğulayıblar ki, Almaniya təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq missiyaya qoşulmaq üçün, şübhəsiz ki, lazımi resurslara malikdir. Bununla belə, ilkin qiymətləndirmələrə əsasən, İran heç bir şərt altında boğaz üzərindəki nəzarəti güzəştə getməyə hazır deyil. Bu isə o deməkdir ki, beynəlxalq hərbi iştirakın Tehran üçün məqbul olması çətin görünür", – deyə "Der Spiegel" nəşri bildirib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
