Pleyeri seçin:

Bəşər Əsədi kimər zəhərlədi? | Keçmiş diktatorla bağlı sensasiya

03 yanvar 2025 447 baxış

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyada zəhərləndiyi barədə xəbərlər dolaşır.

Bu barədə rus mediası məlumat yayıb. B.Əsədin nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi bildirilir.

Əsas sual isə onun kim tərəfindən və niyə zəhərlənməsidir. Bəşər Əsədi öldürməyə çalışan xeyli sayda şəxs və qüvvələr var ki, bu elə əvvəldən onun həyatına böyük təhdid yaradırdı.

B.Əsədə sui-qəsdlə bağlı ilk ağıla gələn elə özünün rəhbərlik etdiyi keçmiş hökumətin üzvləridir. Onun Suriyanı anidən tərk etməsi və öz tərəfdarlarını aldatması, həmçinin tamamilə Rusiyanın nəzarətində olması keçmiş tərəfdarları üçün böyük risk yaradır.

B.Əsəd onlar barəsində gizli məlumatları yeni hökumətə verə bilər ki, bu da həmin şəxslər üçün böyük təhlükədir. Buna görə də onlar keçmiş liderlərini aradan götürmək üçün səy göstərə bilərlər.

İkinci variant isə ailədaxili münaqişədir ki, burada 2 şəxs daha çox önə çıxır. Birincisi, keçmiş prezidentin kiçik qardaşı Mahir Əsəddir. Bəşərin Suriyanı tərk edərkən ən böyük dəstəkçisi olan qardaşına belə xəbər vermədən getdiyi və Mahirin uzun müddət mühasirədə qaldığı barədə məlumatlar var.

Mahir Əsəd qardaşından intiqamını almaq, eyni zamanda Əsəd ailəsinin Rusiyada mövcud olan sərvətinin başına keçmək üçün bu cür addım ata bilər.

Hələ Bəşər Əsəd rejimi hakimiyyətdən getməmiş Mahirin siyasətdən daha çox biznes maraqlarının olduğu bilinirdi. Elə buna görə də o, heç vaxt qardaşını devirməyə çalışmamış, siyasi fəallıq göstərməmişdi. Bu sui-qəsdin ailə daxilində əmlak savaşının bir hissəsi olduğu da istisna deyil.

Bəşər Əsədi öz ailəsindən öldürmək istəyəcək daha bir şəxs isə həyat yoldaşı Əsma Əsəddir. Əsmanın Moskvadan İngiltərənin paytaxtı Londona köçmək istədiyi barədə uzun müddətdir ki, məlumat paylaşılır. Hətta bunun üçün Bəşər Əsəddən boşanmaq istədiyi də bildirilir. Ancaq keçmiş prezident həyat yoldaşının ondan ayrılmasına və Londona köçməsinə qarşıdır.

Əsas versiyalardan biri budur ki, Əsma ərini öldürərək Rusiyadan qaçmağa çalışa bilər. Bu həm də ona Qərbdə daha isti münasibətin göstərilməsinə şərait yaradar. Bu kimi məsələlərə görə keçmiş birinci xanım bu işə qol qoya bilər.

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Ölkədə 6 yeni yoluxma halı qeydə alındı

Dünya
02 oktyabr 2026 447 baxış
Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?

Dünya
02 oktyabr 2026 447 baxış
Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Putin Kalininqradla bağlı ən sərt ssenarini açıqladı - Baku TV CANLI

Dünya
02 oktyabr 2026 447 baxış
"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

"Putin özü bunu istəyir" | Rusiya Prezidenti "Valday" çıxışında kritik açıqlamalar verdi - Baku TV

Dünya
02 oktyabr 2026 447 baxış
Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

Dünya
02 oktyabr 2026 447 baxış
Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Dünya
02 oktyabr 2026 447 baxış
ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

Dünya
02 oktyabr 2026 447 baxış
Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Dünya
02 oktyabr 2026 447 baxış
Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Dünya
02 oktyabr 2026 447 baxış
Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV

Dünya
02 oktyabr 2026 447 baxış
Seçilmişlər
icon