Pleyeri seçin:

Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu

26 dekabr 2025 521 baxış

2024-cü ilin dekabrında hakimiyyət çevrilişindən sonra Moskvaya (Rusiya) qaçan Suriyanın keçmiş prezidenti Bəşər Əsədə bağlı generalları Əhməd Əl Şaraa hökumətini devirmək məqsədilə ölkədə yeni üsyan planlaşdırırlar.

Bu barədə “The New York Times” məlumat yayıb.

ABŞ nəşrinin yazdığına görə, devrilmiş rejimin bəzi üzvləri xaricdə silahlı üsyan hərəkatı formalaşdırmağa hazırlaşır. Bu yolla Suriyanın sahil bölgələrini ələ keçirməyi planlaşdırdıqları bildirilir.

Suriya Ordusunun 4-cü Diviziyasının keçmiş komandiri, 54 yaşlı Giyat Dalla apreldə Livandan etdiyi və dinlənilmiş telefon danışığında tabeliyində olan şəxsə “Tam silahlanana qədər başlamayacağıq” deyib.

Bu cəhdlərdə iştirak edən iki əsas fiqurun Əsədin keçmiş xüsusi təyinatlı qüvvələrinin komandiri Süheyl Həsən və keçmiş hərbi kəşfiyyat rəhbəri Kamal Həsən olduğu bildirilir. Bu şəxslərin hazırda Moskvada mühacirətdə olmalarına və beynəlxalq sanksiyalara baxmayaraq, səyahət etdikləri və tərəfdaşları ilə görüşdükləri deyilir.

“The New York Times” vurğulayır ki, suriyalı generalların yazışma və təmasları araşdırılıb, nəticədə, Suriyanın sahil zolağındakı bölgələrdən döyüşçü və silahlılar toplandıqları müəyyən olunub. Məlumata əsasən, 160 mindən çox döyüşçü cəlb olunub. Onlardan 20 mini pulemyot, 331-i zenit silahları, 150-si tank əleyhinə qumbaralara malikdir, həmçinin 35 snayperin olduğu bildirilir.

Əsəd tərəfdarlarının Suriyada məzhəb münaqişəsini yenidən alovlandırmaq istədikləri, bu səbəbdən potensial üsyançılara müntəzəm ödənişlər edildiyi qeyd olunur. Süheyl Həsənin suriyalı iş adamı, Əsədin uzaq qohumu və Suriyadan Moskvaya qaçmış Rami Məxluf ilə birlikdə işlədiyi, üsyanın maliyyələşdirilməsini də onun həyata keçirdiyi barədə məlumat var.

Kamal Həsənin özü “The New York Times”ə bu iddialarla bağlı belə deyib:

“Bunları siyasi xarakterli və sənədlərlə təsdiqlənməmiş iddialar kimi qiymətləndirirəm”.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 521 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 521 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 521 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 521 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 521 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 521 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 521 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 521 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 521 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 521 baxış
Seçilmişlər
icon