Pleyeri seçin:

Bill Qeytsin ən sevimli avtomobili hansıdır? | Milyarderin seçimi gözlənilməz oldu

03 aprel 2025 584 baxış

Bir çox insanlar hesab edirlər ki, milyarderlər öz statuslarını başqalarına göstərmək üçün lüks avtomobil sürməyə üstünlük verirlər. Bununla belə, istisnalar var.

"Top Speed" jurnalı "Microsoft"un həmtəsisçisi Bill Qeytsin sevimli avtomobili haqqında məlumat verib. Milyarderin seçimi olduqca gözlənilməz olub.

Qeyd olunur ki, Meyers qardaşlarının podkastı zamanı B.Qeyts sevimlisi olan kompakt elektrik avtomobilinin olduğunu paylaşıb. Bu, qırmızı rəngli "Fiat 500e RED Edition"dır.

Milyarder bildirib ki, avtomobil onların birgə xeyriyyə işləri nəticəsində irlandiyalı musiqiçi Bono tərəfindən hədiyyə edilib. Onlar qlobal sağlamlıq proqramları üzərində işləyən təşkilatlara yardım göstərirlər.

B.Qeyts əlavə edib ki, onun daha dəbdəbəli elektrik avtomobili də var − "Porsche Taycan". Bununla belə, ona ən müsbət emosiyalar verən "Fiat 500e"dir.

"İnsanların yanından keçəndə onlar məni belə kiçik avtomobildə görəndə təəccüblənirlər", − milyarder deyib.

Nəşr xatırladıb ki, "Fiat 500e" kompakt elektrik hetçbekdir. Bu model Avropa ölkələrində ən populyardır.

Bundan əlavə, "Fiat 500e" xoş idarəetməyə malikdir və onun kiçik batareyası kifayət qədər tez doldurulur. Jurnalistlər gündə 200 kilometrdən az sürən, lakin əla kompakt elektrik avtomobili axtaran sürücülərə bu modelə diqqət etməyi tövsiyə ediblər.

Banner
NATO-nun şimal cinahında hərbi fəallıq artır

NATO-nun şimal cinahında hərbi fəallıq artır

Dünya
24 noyabr 2026 55 baxış
Moskva Avropanın istəyinə nə cavab verəcək?

Moskva Avropanın istəyinə nə cavab verəcək?

Dünya
24 noyabr 2026 50 baxış
Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Dünya
24 noyabr 2026 53 baxış
Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 99 baxış
Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Dünya
24 noyabr 2026 105 baxış
Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 83 baxış
2,5 min dəniz piyadası regiona göndərilib

2,5 min dəniz piyadası regiona göndərilib

Dünya
24 noyabr 2026 117 baxış
Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Dünya
24 noyabr 2026 112 baxış
“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

Dünya
24 noyabr 2026 79 baxış
Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Dünya
24 noyabr 2026 91 baxış
Seçilmişlər
icon