Pleyeri seçin:

Dünyanın ən varlı adamının cavabı hər kəsi təəccübləndirdi | Pulları olmaya bilər, amma...

27 mart 2025 712 baxış

“Microsoft”un həmtəsisçisi, milyarder Bill Qeyts “qızınızı kasıb adamla evləndirərdinizmi?” sualına verdiyi cavabla maraq doğurub.

Milyarder bu barədə bir neçə il əvvəl ABŞ-də keçirilən investisiya və maliyyə konfransında danışıb. Bill Qeytsə “dünyanın ən varlı adamlarından biri kimi qızınızın kasıb və adi bir adamla evlənməsi mövzusunda nə düşünürsünüz?” sualı verilib.

Milyarderin cavabı isə belə olub:

“Əvvəlcə onu deyim ki, zənginlik bank hesabınızda çoxlu pul olması demək deyil. Zənginlik əvvəlcə var-dövlət yaratmaq qabiliyyətidir. Məsələn, lotereyada və ya şans oyunlarında 100 milyon qazanan şəxs varlı deyil, çox pulu olan kasıbdır. Bax buna görə də lotereya milyonçularının 90 %-i 5 il sonra yenidən kasıblayır.

Bundan əlavə, pulu olmayıb varlı olanlar da var və çoxu sahibkardır. Pulları olmaya bilər, amma maliyyə zəkaları inkişaf edir və bu da həqiqi zənginlikdir. Kasıbla varlı arasındakı fərq nədir?

Əgər bir gəncin oxumağa, yeni şeylər öyrənməyə, özünü davamlı olaraq inkişaf etdirməyə çalışdığını görsəniz, deməli, o, zəngin adamdır. Əgər bir gənc dövləti ittiham edirsə, bütün varlıların korrupsioner olduğunu düşünürsə, davamlı onları tənqid edirsə, o adam kasıbdır.

Zənginlər hesab edirlər ki, onlara lazım olan tək şey bilik və təcrübədir. Kasıblar isə düşünürlər ki, başqaları ona pul verməlidir.

Dolayı yolla, “qızım kasıb adamla evlənməz” deyəndə pulu nəzərdə tutmuram. Mən o adamın sərvət formalaşdırmaq qabiliyyətindən danışıram.

Həqiqət budur ki, cinayətkarların çoxu kasıb insanlardır. Pulu görən kimi özlərini itirirlər və necə qazanacaqlarını bilmədikləri üçün oğurluq və ya hücum kimi yollara baş vururlar.

Bir gün bankda mühafizəçi işləyən şəxs içərisi pulla dolu çanta tapır və onu aparıb bankın müdirinə verir. Bir çox insan hesab edir ki, o, axmaqdır, amma realda pulu olmayan, ruhu zəngin bir adamdır.

Bir il sonra bank ona resepşnda iş təklif edir. 3 il sonra müştərilərdən məsul şəxs və 10 il sonra isə eyni bankın bölgə müdiri olur. İndi yüzlərlə işçini idarə edir və illik maaşı oğurlaya biləcəyi məbləğdən dəfələrlə çoxdur. Zənginlik hər şeydən əvvəl ruh halıdır”.

Banner
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 712 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 712 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 712 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 712 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 712 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 712 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 712 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 712 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 712 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 712 baxış
Seçilmişlər
icon