Bilsəm ki, Moskva bunu edib... | Trampdan Rusiyaya sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə əsəbiləşdiyini açıqlayıb.
“Putinə əsəbiləşmişəm, lakin onunla çox yaxşı münasibətim var. İşlər düz getsə, qəzəbim tez soyuyacaq. Onunla bu həftə yenidən danışa bilərik”, − deyə o əlavə edib.
“Rusiya ilə Ukraynada müharibənin sonlandırılması barəsində razılığa gələ bilməsək və burada Moskvanın günahkar olduğunu anlasam, onların emal etdiyi istənilən növ neftə ikinci dərəcəli tariflər tətbiq edəcəyəm”, − deyə Tramp bildirib.
Qeyd edək ki, Ağ Ev rəhbəri Putinin Ukraynalı liderlə bağlı açıqlamasına qəzəblənib. Rusiya Prezidentinin Zelenskinin hakimiyyətini tənqid edərək keçid hökumətinin qurulmasını təklif etməsi ABŞ tərəfindən xoş qarşılanmayıb.
ABŞ Prezidenti ukraynalı həmkarı Volodimir Zelenskiyə də söz atmağı yadından çıxarmayıb.
“Zelenski hələ də Ukraynanın NATO-ya üzv olmasını istəyir, lakin bu, heç vaxt baş verməyəcək”, − deyə Tramp bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
