Bir neçə uğursuz cəhdimiz oldu, amma... | Trampdan istədiyini alan jurnalist hər şeyi danışdı
“BBC News”un jurnalisti, Şimali Amerika üzrə baş müxbiri Gary O`Donohyu ABŞ Prezidenti Donald Trampla eksklüziv müsahibədən əvvəl maraqlı hadisə yaşayıb.
G.O`Donohyu ötən il Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə D.Trampa qarşı baş verən sui-qəsd cəhdindən bir il sonra keçirilən müsahibənin gərgin hazırlıq prosesi barədə danışıb.
O bildirib ki, müsahibənin baş tutması üçün bir neçə uğursuz cəhd olsa da, nəticədə, evində yuxuya getdiyi bir anda Ağ Evdən zəng alıb.
Jurnalist etiraf edib ki, D.Trampın zəngi zamanı yuxudan ayılaraq telefonu təsadüfən söndürüb.
“Telefon məni yuxudan oyatdı və dedilər: “Prezident indi sizin üçün xətdədir”. Mən də otağa qaçıb səs yazıcımı götürdüm, amma tələsik zəngi təsadüfən söndürdüm”, ‒ deyə G.O`Donohyu bildirib.
Jurnalist daha sonra təkrar zənglə müsahibəni gerçəkləşdirə bilib. Planlaşdırılan 5 dəqiqəlik söhbət 20 dəqiqəyə qədər uzanıb. G.O`Donohyu müsahibə boyu D.Trampın reflektiv və açıq əhvalda olduğunu qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Tramp Londona Şimal dənizində neft və qaz hasilatını artırmağı tövsiyə edib - ANA XƏBƏR
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Hörmüzdən Bab əl-Məndəbə: böhran yeni təhlükələr yaradır - Baku TV
- ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginlik davam edir - Baku TV CANLI
- ABŞ Prezidentindən açıqlama | İran nəyə razılıq verib? - Baku TV CANLI
