Biz buna hazırıq | Kobaxidzedən ABŞ və Aİ-yə atmaca
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ və Avropa İttifaqının müdafiə sahəsinə vəsaitin ayrılmasını dayandırmaq qərarı təəssüf doğurur”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. Bildirib ki, bu, münasibətlərin bərpası ilə bağlı gözləntilərə cavab vermir.
İ.Kobaxidzenin sözlərinə görə, əlaqələri yenidən bərpa etmək lazımdır.
“Son dörd ildə baş verən siyasi hadisələr fonunda bu münasibətlər yenidən qurulmalıdır. Bunun üçün Gürcüstan tərəfi, hökumətimiz, dövlətimiz əvvəldən axıra qədər hazırdır və növbəti addımları gözləyirik. Təbii ki, bu cür qərarlar münasibətlərin yenidən başlaması baxımından əks nəticə verir. Ancaq ümid edirəm ki, gələcəkdə praqmatik, rasional, düzgün və ədalətli addımlar atılacaq və məhz bu addımlar ABŞ ilə Gürcüstan arasında münasibətlərin yenidən başlamasına kömək edəcək. Biz buna əvvəldən sona hazırıq”, – o vurğulayıb.
Qeyd edək ki, iyulun 5-də ABŞ Gürcüstanda hərbi təlimlərin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib. İyulun 9-da isə Avropa İttifaqı Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulan 30 milyon avronun dondurulmasına qərar verib.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
