Bizi çətin günlər gözləyir! - Netanyahudan xalqa İranla bağlı təcili müraciət
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra İran-İsrail arasında gərginlik artıb.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın potensial hücumlarına cavab olaraq ölkəsinin bütün ssenarilərə hazır olduğunu deyib:
“Son bir neçə gündə biz onların hər birinə sarsıdıcı zərbələr endirdik. Əvvəlcə HƏMAS-ın Baş Qərargah rəisi Məhəmməd Deyfə, cəmi 1 həftə sonra da husilərə qarşı əməliyyat həyata keçirdik. Dünən isə “Hizbullah”ın Baş Qərargah rəisi Fuad Şükürə hücum etdik. O, dünyanın ən çox axtarılan terrorçuları sırasında idi. Amerika Birləşmiş Ştatları onun başına 5 milyon dollar mükafat qoymuşdu və bunun da səbəbi var. O, 1983-cü ildə Beyrutda 241 Amerika əsgərinin və 58 Fransa əsgərinin ölümü ilə nəticələnən hadisədə iştirak etmişdi. Onu da vurğulamaq istəyirəm ki, qarşıda bizi çətin günlər gözləyir. Beyrutdakı hücumdan bəri hər tərəfdən təhdidlər eşidirik. Biz istənilən ssenariyə hazırıq və hər cür təhdid qarşısında birgə, o cümlədən də qətiyyətlə dayanacağıq”.
İranın ali lideri Ayətullah Xamenei isə bunların cavabında birbaşa İsrail ərazisinə zərbə endirmək əmri verib. Bu barədə yerli media məlumat yayıb.
“İslam Respublikası sərhədləri daxilində baş verən bu faciəli hadisədən sonra qisas almaq bizim borcumuzdur”, – deyə Xamenei sosial şəbəkə hesabında yazıb.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
