Pleyeri seçin:

Blinkendən Ukrayna ilə bağlı gözlənilməz etiraf | 2021-ci ildə gizli şəkildə...

05 yanvar 2025 194 baxış

ABŞ-nin Dövlət katibi Entoni Blinken ölkəsinin Rusiya ilə birbaşa toqquşmaya yaxın olduğunu düşünmür.

“Biz narahatlıqlarımızı elə bir şəkildə həll etdik ki, bu bizi Rusiya ilə birbaşa münaqişədən çəkindirib. Birbaşa münaqişəyə gəldikdə isə düşünmürəm ki, biz ona yaxınıq, lakin buna çox diqqətlə yanaşmalıyıq”, – deyə o vurğulayıb.

E.Blinken həmçinin qeyd edib ki, Amerika vətəndaşları ABŞ-nin hərbi münaqişələrdə birbaşa iştirakını istəmirlər.

“Amerikalılar bizim müharibələrdə iştirak etməməyimizi və münaqişələrdən qaçmağımızı istəyirlər”, – deyə o qeyd edib.

2024-cü ilin dekabrında Rusiya təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya və ABŞ yaxın əsrdə dost olmayacaq, bir-biri ilə müharibə etmək isə hər cəhətdən bahadır. O, 2 ölkə arasında birbaşa münaqişənin aşkar şəkildə dünya nüvə müharibəsinə çevriləcəyini göstərib.

Bu arada E.Blinken Ukrayna ilə bağlı bir etiraf edib. Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar münaqişədən xeyli əvvəl Ukraynanı müxtəlif silahlarla, xüsusən də “Stinger” zenit-raket kompleksləri və “Javelin” tank əleyhinə sistemləri ilə təchiz etməyə başlayıb.

“Biz münaqişə başlamazdan xeyli əvvəl, 2021-ci ilin sentyabr və dekabrında gizli şəkildə Ukraynaya çoxlu sayda silah, “Stinger” və “Javelin” kimi sistemlər verdik”, – deyə E.Blinken bildirib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 194 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 194 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 194 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 194 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 194 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 194 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 194 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 194 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 194 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 194 baxış
Seçilmişlər
icon