BMT Baş katibindən Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağının yenidən qurulması üçün 53 milyard dollardan çox vəsait lazımdır.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, təkcə ilk 3 ildə təxminən 20 milyard dollardan çox ehtiyac olacağı təxmin edilir. Belə ki, ən böyük xərclər mənzil sektorunda, ticarət və sənayedə, səhiyyədə, kənd təsərrüfatında və təhsildə gözlənilir.
Qeyd olunub ki, Qəzzada humanitar vəziyyət ağır olaraq qalır. Yaşayış binalarının 60%-dən çoxu, yolların 65%-i və məktəblərin 88%-i dağılıb. İşsizlik səviyyəsi 80%-ə çatıb və demək olar ki, 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. BMT Baş katibi beynəlxalq ictimaiyyəti Fələstin anklavını bərpa etmək və regionda davamlı inkişaf üçün şərait yaratmaqdan ötrü təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırıb.
#Qəzza zolağı teqi istifadə olunub
