Pleyeri seçin:
BMT-dən İrana Nərgiz Məhəmmədi ilə bağlı tələb
Birləşmiş Millətlər Təşkilatının İşçi Qrupu tanınmış hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin dərhal azad edilməsini tələb edib.
Bu barədə İşçi Qrupunun yaydığı bəyanatda bildirilib.
“N.Məhəmmədinin səhhətinin pisləşməsinə və tibbi ekspertlərin tövsiyələrinə baxmayaraq, İran hakimiyyətinin onu həbsdə saxlamasından narahatıq. Bu, beynəlxalq insan haqları qanunlarından irəli gələn öhdəliklərə ziddir”, – bəyanatda bildirilib.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
Kopyalandı
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəziyyətin ağırlaşdığını bildirir
- Yaxın Şərqdəki münaqişə beynəlxalq səyahət tələbinə təsir göstərir
- Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM
- Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV
