BMT İsrailin Beyruta hava hücumundan narahatlığını bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Livan və İsrail arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
Bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Biz İsrailin Livanla sərhədində vəziyyətin gərginləşməsindən, o cümlədən Beyruta edilən hücumdan son dərəcə narahatıq. Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq, hər kəs maksimum təmkinli davranmalıdır”, – deyə BMT rəsmisi qeyd edib.
S.Düjarrik əlavə edib ki, Təşkilat həmçinin regionda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.
Bu arada, İsrailin Beyruta hava hücumu nəticəsində ölən və yaralıların sayı artıb. Belə ki, son hava hücumu zamanı 12 nəfər ölüb, 66 nəfər yaralanıb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Livan mediasının məlumatına görə, aviazərbə “Hizbullahın qalası” kimi tanınan Dahiyə bölgəsinə endirilib.
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
