Böyük Britaniyanın Baş naziri sülh planına münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin Ukrayna ilə bağlı sülh planının ilkin variantında London və Kiyev üçün qəbuledilməz müddəalar var”.
Bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer İcmalar Palatasında çıxışı zamanı bildirib.
Starmerin sözlərinə görə, 28 bənddən ibarət sənəd layihəsi mübahisəli məqamlarla yanaşı, ədalətli və davamlı sülh üçün əsas ola biləcək mühüm elementləri də ehtiva edir:
"Onlardan biri Birləşmiş Ştatlar və tərəfdaşları tərəfindən təhlükəsizlik zəmanətlərinin təmin edilməsidir. London aşağıdakı fundamental şərtlərdə israr edir: Ukraynanın suverenliyinin qorunması, onun gələcək təhlükəsizliyinə təminat və ölkənin gələcəyi ilə bağlı qərarları Ukraynanın özü qəbul etməlidir".
Hökumət başçısının sözlərinə görə, Avropa və NATO ilə bağlı təşəbbüsün bəzi elementləri kollektiv saziş tələb edir.
"Hələ görüləsi çox iş var. Yol asan olmayacaq, lakin bizim Ukraynanı dəstəkləmək öhdəliyimiz sarsılmaz olaraq qalır", – Starmer qeyd edib.
O həmçinin əlavə edib ki, noyabrın 25-də “İstəklilər Koalisiyası”nın liderləri Kiyevə dəstək üçün gələcək tədbirləri müzakirə etmək üçün videokonfrans keçirəcəklər.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
