Britaniya ABŞ-yə hərbi bazalarından istifadəyə icazə verdi? | Londonun məqsədi nədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün hərbi bazalarından istifadə etmək tələbinə müsbət cavab verib.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "X" hesabında dərc olunmuş videomüraciətində bildirib.
"Təhdidin qarşısını almağın yeganə yolu raketləri anbarlardakı buraxılış yerlərində və ya raketlərin buraxılması üçün istifadə edilən buraxılış qurğularında məhv etməkdir. Amerika Birləşmiş Ştatları bu xüsusi və məhdud müdafiə məqsədilə Britaniya bazalarından istifadə etmək üçün icazə istəyib. İranın bölgəyə raket atmasının qarşısını almaq üçün bu tələbi təsdiqləməyə qərar verdik", – deyə o bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniyanın özü Amerika hücumlarına qoşulmayacaq: "Biz İrana ilkin hücumlarda iştirak etməmişik, indi də heç bir hücum əməliyyatına qoşulmayacağıq".
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
