Pleyeri seçin:

Əbu-Dabi Tehranla dialoqu bərpa edir?

12 iyun 2026 266 baxış

"Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında baş verənlər ciddi narahatlıqlara səbəb olur".

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə düşünülmədən atılan addımlar ciddi fəsadlara səbəb olacaq.

"Yanlış strategiyalar və impulsiv qərarlar bütün lövhəni ən pis tərəfə çevirəcək, enerji infrastrukturunu və bazarları silkələyəcək və içində illərlə ilişib qalacağınız sonsuz bir bataqlıq yaradacaq", deyə Qalibaf bildirib.

Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.

Bu arada, Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəkvəzifəli nümayəndələri arasında görüş keçirilib.

"Bloomberg"in yazdığına görə, təşəbbüs əsasən gərginliyi azaltmağa və Tehranla dialoqu bərpa etməyə çalışan Əbu-Dabidən gəlib.

Vurğulanıb ki, hazırda BƏƏ hakimiyyəti diqqəti öz iqtisadiyyatı və milli təhlükəsizliyi üçün risklərin minimuma endirilməsinə yönəldib. Bu yanaşma Əbu-Dabinin münaqişənin ilkin mərhələlərində tutduğu daha sərt mövqeyə ziddir.

Qeyd edək ki, bu, ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri tərəflərin ilk görüşüdür.

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 266 baxış
Laureatlar oktyabrın 5-dən 12-dək açıqlanacaq

Laureatlar oktyabrın 5-dən 12-dək açıqlanacaq

Dünya
20 sentyabr 2026 266 baxış
Merkuri ilə bağlı araşdırma Ayın keçmişinə işıq sala bilər

Merkuri ilə bağlı araşdırma Ayın keçmişinə işıq sala bilər

Dünya
20 sentyabr 2026 266 baxış
Tramp seçki öncəsi yaranan riskləri daha ciddi qiymətləndirir - Baku TV CANLI

Tramp seçki öncəsi yaranan riskləri daha ciddi qiymətləndirir - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 266 baxış
ABŞ-nin İranla bağlı ssenarisi niyə baş tutmadı? - Baku TV CANLI

ABŞ-nin İranla bağlı ssenarisi niyə baş tutmadı? - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 266 baxış
Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI

Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 266 baxış
Avropa İttifaqından ABŞ-yə sərt münasibət - Baku TV CANLI

Avropa İttifaqından ABŞ-yə sərt münasibət - Baku TV CANLI

Dünya
19 sentyabr 2026 266 baxış
London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI

London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI

Dünya
19 sentyabr 2026 266 baxış
Ukraynada işləmək istəyənlər üçün xəbərdarlıq | "Pasportunuzu heç kimə verməyin" - Baku TV

Ukraynada işləmək istəyənlər üçün xəbərdarlıq | "Pasportunuzu heç kimə verməyin" - Baku TV

Dünya
19 sentyabr 2026 266 baxış
Tehrandan Vaşinqtona cavab | "Xameneinin fətvasına sadiqik" - Baku TV CANLI

Tehrandan Vaşinqtona cavab | "Xameneinin fətvasına sadiqik" - Baku TV CANLI

Dünya
19 sentyabr 2026 266 baxış
Seçilmişlər
icon