Bu əməkdaşlıq çox şeyi dəyişdirəcək | Si Cinpindən Qəzzaya yardım
Yeniliklərdən dərhal xəbərdar olun
Çin Xalq Respublikasının Sədri Si Cinpin ərəb ölkələrinin liderləri ilə görüşü zamanı Fələstinə dəstəyini ifadə edib.
O, Qəzzaya 500 milyon yuan, təxminən 120 milyon manat həcmində humanitar yardım göndəriləcəyini açıqlayıb.
“Çin 1967-ci il sərhədlərinə əsaslanaraq, paytaxtı Şərqi Qüds olmaqla, tam suverenliyə malik müstəqil Fələstin dövlətinin yaradılmasını qətiyyətlə dəstəkləyir. Biz Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyirik.
Dövlətlərin bir-birindən asılı olduğu bir dünyada biz ərəb ölkələri ilə qarşılıqlı inkişaf strategiyalarını daha da gücləndirəcəyik. Biz neft, qaz, ticarət və infrastruktur kimi sahələrdə əməkdaşlığımızı artıracaq, süni intellekt, investisiya, maliyyələşdirmə və yeni enerji kimi yeni inkişaf sahələrində əməkdaşlığı təşviq edəcəyik. Biz rifaha gedən innovativ və yaşıl yolda birlikdə addımlayacağıq”, – Si Cinpin bildirib.
Məlumat üçün bildirək ki, Çin Sədri İsrail-Həmas müharibəsi zamanı qaçqınlara yardım göstərən Birləşmiş Millətlər Təşkilatına 3 milyon dollar bağışlayacağını vəd edib. O həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Tunisin dövlət başçılarının qatıldığı sammitdə ölkələr arasında qarşılıqlı ticarət əlaqələrini də müzakirə edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
