Bu ərazidən 3 saat uzaq durun! – İran-İsrail gərginliyində son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
İranda hərbi təlimlərə start verilib.
SEPAH-a bağlı olan xəbər agentliyi ölkənin qərbində hərbi təlimlərin keçirildiyini yazıb.
“İranın qərbində eşidilən səslər hərbi təlimlərlə bağlıdır”, – deyə xəbərdə bildirilib.
Qeyd edək ki, hərbi təlimlərin Yaxın Şərqdə hökm sürən gərginlik çərçivəsində keçirilməsi İsrailə hücumun ediləcəyinə dair şübhələri daha da artırıb. Bütün bunların fonunda, xarici mediada Misirin Mülki Aviasiya Nazirliyinin Tehranda keçirilən hərbi təlimlərə görə İranın hava məkanından 3 saat uzaq durmağı əmr etməsinə dair informasiya da yayılıb. Məlumatda həmin qərarın İranın xahişi ilə qəbul edildiyi vurğulanıb. Lakin bir qədər sonra Tehrandakı beynəlxalq hava limanının rəhbəri Səid Çələndəri açıqlamasında yayılan xəbərləri təkzib edib.
#İran teqi istifadə olunub
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
- Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR
