Bu ərazilərdə partlayış planlaşdırılıb | Ermənilərə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Tavuş vilayətində ərazinin minalardan təmizlənməsi işləri zamanı partlatma üsulundan istifadə edilib.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin xəbərdarlığında bildirilib.
“Aprelin 22-də saat 20:10-dan 20:30-dək çayın sol sahilində, Voskepar və Aşağı Əskipara yaşayış məntəqələri arasındakı ərazidə, həmçinin Bağanis-Ayrımdan 750 metr şimal-şərqdə partlayışlar planlaşdırılıb”, – deyə məlumatda qeyd olunub.
Əlavə edilib ki, minatəmizləyənlər Voskepardakı Müqəddəs Məryəm kilsəsinin yaxınlığındakı ərazini minalardan təmizləyib. Demarkasiya və delimitasiya prosesinə qarşı çıxan yerli sakinlərin minatəmizləmə işlərinə əngəl olmaq cəhdlərinə imkan verilməyib.
Nazirlik ətraf kəndlərin sakinlərini partlayış səslərindən qorxmamağa və təşvişə düşməməyə çağırıb.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
