Pleyeri seçin:

Bu işçilər köçürüləcək | Dünyaca nüfuzlu təşkilat niyə böhran içindədir?

02 may 2025 423 baxış

Birləşmiş Millətlər Təşkilatı əsas departamentlərin birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan köklü restrukturizasiyanı nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin rəhbərlik etdiyi işçi qrupunun hazırladığı məxfi altı səhifəlik memoranduma istinadən “Reuters” agentliyi məlumat yayıb.

Sənəd onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsini təklif edir: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları.

İslahat həmçinin bir sıra işçilərin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla işçilərin ixtisarını əhatə edir.

Təşəbbüs BMT-nin maliyyə böhranı ilə əlaqələndirilir. Belə ki, təşkilatın əsas donoru olan ABŞ-nin müntəzəm büdcəyə 1,5 milyard dollar, sülhməramlı əməliyyatlara isə 1,2 milyard dollar borcu var.

Amerika yardımının azaldılması artıq Humanitar Məsələlər İdarəsinin əməkdaşlarının 20%-nin işdən çıxarılmasına səbəb olub və Beynəlxalq Miqrasiya Təşkilatında 6000 iş yeri ixtisara düşə bilər.

A.Quterreş islahatı parçalanmış strukturlara və bürokratiyaya cavab kimi qiymətləndirib, lakin BMT-nin yüzlərlə əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara etiraz edib.

Yekun restrukturizasiya təklifləri mayın 16-da təqdim edilməlidir.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 423 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 423 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 423 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 423 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 423 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 423 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 423 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 423 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 423 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 423 baxış
Seçilmişlər
icon