Pleyeri seçin:

Bu müharibə onlara dərs olmalıdır | İran konsulu Ermənistanla münasibətlərdən danışdı

13 avqust 2024 258 baxış

İran və Ermənistan arasında dostluq və münasibətlərin tarixi minillikləri əhatə edir. Biz həmişə bir yerdə olmuşuq.

Bu sözləri İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına geniş müsahibəsində deyib.

O bildirib ki, dünyada ölkələr və liderlər arasında bizdəki kimi sıx dialoqun nümunələri çox azdır: “Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir və bu münasibətlərin düşmənləri var”.

M.A.Varamin İranda prezidentin dəyişməsinin Ermənistanla münasibətlərə heç bir təsir etməyəcəyini vurğulayıb: “İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək”.

M.A.Varaminin sözlərinə görə, İran-İsrail gərginliyi Tehranın Cənubi Qafqaza diqqətinin zəifləməsinə gətirib çıxarmayacaq:

“Baxmayaraq ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışır. Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirmək istəyirlər. Bu ölkələr və bu insanlar burada olmamalıdır”.

O, Zəngəzur bölgəsinin İran üçün xüsusi əhəmiyyət kəsb etməsindən də bəhs edib:

“Çünki bu erməni bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Ermənistan müstəqil dövlətdir və bu müstəqilliyə hörmət edilməlidir.

Heç kim ona kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi, həqiqətən də, erməni xalqı üçün bir növ dərs olmalıdır”.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 258 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 258 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 258 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 258 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 258 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 258 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 258 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 258 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 258 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 258 baxış
Seçilmişlər
icon