Bu ölkələr Fələstin və İsrailə sazişin yerinə yetirilməsi ilə bağlı təzyiq edir
Yeniliklərdən dərhal xəbərdar olun
“HƏMAS hərbi qruplaşması Qəzza zolağında İsraillə üçmərhələli atəşkəs və əsir mübadiləsi üzrə atəşkəs razılaşmasının qorunub saxlanılmasının tərəfdarıdır”.
Bu barədə təşkilat özü bəyanat yayıb.
Bəyanata əsasən, münaqişənin həlli üzrə vasitəçilər, yəni ABŞ, Qətər və Misir sazişin tam yerinə yetirilməsi üçün 2 tərəfə də təzyiq göstərir.
“Göstəriş budur ki, şənbə günü əsir mübadiləsi prosesi yenidən başladılsın”, – deyə bəyanatda qeyd olunub.
Bu açıqlamadan sonra Fələstin rəsmiləri atəşkəsin icrası üzrə irəliləyişin olduğunu bildiriblər. Hətta vasitəçilər İsrail tərəfindən də humanitar yardım protokolunun tətbiqinə dair “hə” cavabını almağa nail olublar.
“Həm HƏMAS, həm də İsrail əsir mübadiləsinin altıncı hissəsini vaxtında, yəni şənbə günü həyata keçirməklə bağlı öhdəliklərini Misir tərəfinə təsdiqlədib”, – deyə məlumatda bildirilib.
#Fələstin teqi istifadə olunub
