“Bu, Rusiyanın məqsədyönlü zərbəsidir” | Ukrayna Energetika Nazirliyindən təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.
Bu barədə "Report" Ukraynanın Energetika Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, avqustun 6-sı gecə saatlarında Rusiya Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində, Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib. Hücum onlarla pilotsuz uçuş aparatı vasitəsilə edilib.
Bu stansiya Yunanıstanın mayeləşdirilmiş təbii qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi.
"Bu, Rusiyanın mülki infrastruktura, energetikaya, eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir", ‒ Ukraynanın Energetika Nazirliyinin məlumatında qeyd olunub.
Zərbə endirilən yerdə mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üzərində işləyirlər.
#Odessa teqi istifadə olunub
- Gecə hücumu sakinləri təşvişə saldı | Odessada 21 mərtəbəli bina vuruldu - Baku TV CANLI
- Ukraynada futbol stadionu raket hücumunun hədəfi oldu - Baku TV CANLI
- Stadion və ətraf obyektlərə ziyan dəydi
- Ukrayna şəhərləri hədəfdə: İtki və dağıntılarla bağlı yeni təfərrüatlar - Baku TV
- Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınacaq - Baku TV
