Bu sanksiyalar Kreml üçün niyə gözlənilməz oldu?
Rusiya xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə Tramp administrasiyasının "Lukoyl" və "Rosneft" kimi enerji nəhənglərinə qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyaların Kreml üçün tamamilə gözlənilməz olduğunu etiraf edib. Lavrov qeyd edib ki, Vaşinqtonun Hindistandan Rusiya neftini almamağı tələb etməsi və Venesuelanın neft sənayesində Rusiya, Çin və İranın iştirakına qadağa qoyması rəsmi Moskva tərəfindən ziddiyyətli addım kimi qiymətləndirilir. Ukrayna böhranının həlli və qarşılıqlı faydalı əməkdaşlıq barədə mesajlar fonunda Rusiyanın qlobal enerji bazarlarından sıxışdırılması cəhdləri iki ölkə arasındakı hərbi-siyasi danışıqlara kölgə salır. Hazırda tərəflər arasında yaradılmış ikitərəfli iqtisadi işçi qrupu çərçivəsində bu gərginliyin və sanksiyaların pərdəarxası məqamlarının araşdırılması nəzərdə tutulur.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- İrəvanın Avropa İttifaqına yaxınlaşması Moskvanın sərt reaksiyasına səbəb oldu - Baku TV CANLI
- Rusiya XİN-dən Paşinyana cavab | Gərginliyin pərdəarxasında olanlar - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
