Pleyeri seçin:

Bu şəhərdə kirayə ev tutmaq kabusa çevrilir, yaşlılar "yenidən doğulur" | ORALARDA NECƏDİR?

14 noyabr 2025 576 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışında Fransanın Lion şəhərindən bəhs edilib.

Bakıdan 3651 km uzaqda, Rona – Sona çaylarının qovuşduğu nöqtədə salınmış qədim Lion şəhəri təkcə Fransanın deyil, Avropanın ən maraqlı yaşayış məkanlarından biri sayılır.

Tarixi eramızdan əvvəl 43-cü ilə gedib çıxan şəhər kinematoqrafiyanın baniləri Lümyer qardaşlarının və “Balaca Şahzadə”nin müəllifi Antuan de Sent-Ekzüperinin vətənidir.

Pulsuz dövlət məktəbləri, bahalı, amma yüksəksəviyyəli özəl xəstəxanaları, evdə fəaliyyət göstərən bağçaları, qastronomiyası və müasir sosial qanunları Lionu fərqli edən əsas amillərdir.

Lionda qadınlar adətən 30 yaşdan sonra ana olmağı planlayırlar. Dövlət xəstəxanalarında doğuş pulsuzdur, amma özəl klinikalarda bu xidmət 5000 avroya (təxminən 9875 manat) başa gəlir. Lüks doğum otaqlarında musiqi, rəng terapiyası və xüsusi yeməklərlə qadınlar psixoloji cəhətdən rahatlaşdırılır.

Bu şəhərdə dövlət bağçaları yalnız nahara qədər işləyir. Bu səbəbdən Lionda ev şəraitində fəaliyyət göstərən minibağçalar çox populyardır.

Lionda ailə qanunları sərtdir: boşanma uzun prosesdir və uşaqlar bir həftə anada, bir həftə atada qalır. Əgər ana daha çox qazanırsa, alimenti o ödəyir. 12 yaşdan yuxarı uşaqlar kiminlə yaşamaq istədiklərini özləri seçə bilirlər.

Burada daşınmaz əmlak bahadır: 1 kvadratmetri 5000–10000 avro (9882–19764 manat). Kirayə tapmaq isə çətindir, çünki çoxlu sənəd tələb olunur.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 576 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 576 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 576 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 576 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 576 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 576 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 576 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 576 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 576 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 576 baxış
Seçilmişlər
icon