Bu, sülh istəyən hər kəsə kömək edəcək | Zelenski tərəfdaş ölkələrə səsləndi
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Rusiyanın raket terroruna qarşı hava hücumundan müdafiə sisteminin təcili şəkildə gücləndirilməsinə ehtiyac duyur. Bu, obyektiv reallıqdır”.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, tərəfdaşlarla əldə olunmuş, lakin hələ də həyata keçirilməmiş bütün razılaşmalar aktiv fazaya keçməlidir.
“Hazırda “Patriot” sistemləri tərəfdaş ölkələrin anbarlarında saxlanılmamalıdır, onlar insan həyatını qorumalı, xilas etməlidir. Hava hücmundan müdafiə sistemləri və onların raketlərini daha aktiv formada istehsal etmək lazımdır. Biz Ukraynada belə istehsalı təmin edə bilərik. Sadəcə müvafiq siyasi qərarlara ehtiyacımız var. Bu təkcə bizə deyil, bütün tərəfdaşlarımıza kömək edəcək. Müharibə yox, sülh istəyən hər kəsə”, ‒ Ukrayna lideri əlavə edib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
