Pleyeri seçin:

Bu tarixə qədər... | Ekspertlərdən qlobal istiləşmə təhlükəsi barədə xəbərdarlıq

28 yanvar 2025 361 baxış

Dünyada istixana qazı emissiyalarının azaldılması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, hazırkı siyasətlər hələ də Yerin təhlükəli səviyyədə istiləşməsinə səbəb olacaq.

Son araşdırmalara görə, bu siyasətlər 2100-cü ilə qədər planetin 1,9°C ilə 3,7°C arasında istiləşməsi ilə nəticələnə bilər. Üstəlik, 22-ci əsrdə bu istiləşmənin davam etməsi ehtimalı yüksəkdir.

Kaliforniyada yerləşən “Stripe” şirkətinin iqlimşünası Zeke Hausfazə bildirir ki, 2100-cü ildən sonra da karbon emissiyaları davam edərsə, qlobal temperatur daha da yüksələcək. Onun təhlilləri son beş ildə dərc edilmiş ondan çox tədqiqatın icmalına əsaslanır.

Bu araşdırmalara görə, dünyanın istiləşməsinin 2,3°C ilə 3°C arasında olma ehtimalı daha yüksəkdir. Bununla belə, iqlim sisteminin emissiyalara necə reaksiya verəcəyinə dair qeyri-müəyyənliklər nəticəsində istiləşmənin 1,9°C ilə 3,7°C arasında dəyişə biləcəyi qeyd olunur.

Alimlər bu rəqəmləri müəyyən edərkən ən çox ehtimal olunan ssenariləri – 5 faizdən 95 faizə qədər ehtimalları nəzərə alıblar. Hazırkı siyasətlərlə bu əsrdə 4,4°C-dən çox istiləşmə ehtimalı az qiymətləndirilir.

Son tədqiqatlar göstərir ki, 2100-cü ilə qədər planet 4°C-dən çox istiləşməyə məruz qala bilər. Ancaq indiki vaxtda bu, real görünmür. Bunun əsas səbəblərindən biri kömürdən istifadənin azalması və emissiyaların artımını məhdudlaşdırmaq üçün görülən tədbirlərdir.

Z.Hausfazə qeyd edir ki, əvvəllər nəzərdən keçirilən bəzi ssenarilər reallıqdan uzaq idi.

Bu irəliləyişlər həm də iqlim siyasətində müəyyən müsbət nəticələrin əldə edildiyini göstərir. Ancaq bu, emissiyaların gələcəkdə daha da azalacağına tam zəmanət vermir.

Enerji tələb edən texnologiyaların, xüsusilə süni intellektin inkişafı, qlobal emissiyalara yeni təzyiqlər yarada bilər. Yaxın gələcəkdə süni intellektə görə emissiyaların artma ehtimalı mövcuddur. Lakin uzunmüddətli perspektivdə bunun qlobal istiləşmə nəticələrinə təsir edəcəyi gözlənilmir.

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Almaniyanın hərbi imkanlarını genişləndirməsi müzakirələrə səbəb oldu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 361 baxış
Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Macarıstanda elektrik stansiyasının gücü azaldılıb

Dünya
20 sentyabr 2026 361 baxış
İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?

Dünya
20 sentyabr 2026 361 baxış
Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Duqindən Putinlə bağlı sensasiyalı açıqlama

Dünya
20 sentyabr 2026 361 baxış
Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Baş nazir iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib

Dünya
20 sentyabr 2026 361 baxış
Vaşinqtondan Ukrayna mesajı

Vaşinqtondan Ukrayna mesajı

Dünya
20 sentyabr 2026 361 baxış
ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

ABŞ vətəndaşlarına Yaxın Şərqdə eskalasiya barədə xəbərdarlıq edib

Dünya
20 sentyabr 2026 361 baxış
ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb

Dünya
20 sentyabr 2026 361 baxış
Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Trampın iqamətgahı üzərində hava məkanı pozuldu, qüvvələr hərəkətə keçdi - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 361 baxış
Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI

Dünya
20 sentyabr 2026 361 baxış
Seçilmişlər
icon