Bu təhlükəli ştamın əlacı yoxdur? | Alimlərdən maraqlı məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər 10 müxtəlif antibiotikə qarşı davamlılıq göstərən vəba ştamı müəyyən ediblər.
Paster İnstitutunun Vibrion və Vəba üzrə Milli İstinad Mərkəzinin alimləri məlumat yayıblar ki, “Vibrio cholerae” adlanan təhlükəli ştam ilk dəfə 2018-2019-cu illərdə Yəməndə baş verən vəba epidemiyası zamanı aşkarlanıb. Bakterial genomların sekvensləşdirilməsi metodu tədqiqatçılara ştamın ölkələr arasındakı yolunu və yayılmasını dəqiq izləmək imkanı verib.
Yəməndən sonra bu ştam 2022-ci ildə Livanda, 2023-cü ildə isə Keniyada qeydə alınıb. 2024-cü ilə qədər ştam Tanzaniya, Komor adaları və Fransanın Mayotta adasında yayılıb. 2024-cü ilin mart ayından iyula qədər Mayotta adasında bu ştamın səbəb olduğu 221 yoluxma qeydə alınıb.
Xüsusi narahatlıq doğuran məqam odur ki, bu ştam vəbanın müalicəsində istifadə olunan iki əsas antibiotik – azitromisin və siprofloksasinə qarşı davamlılıq nümayiş etdirir. Əgər o tetrasiklinə qarşı da davamlılıq qazanarsa, xəstəliyin effektiv müalicəsi əhəmiyyətli dərəcədə çətinləşəcək.
#Antibiotik teqi istifadə olunub
- Sumqayıtdakı narahatedici hadisə ilə bağlı hansı detallar açıqlandı? - Baku TV
- Antibiotik vurulan 12 uşağın səhhətində ciddi ağırlaşma yaranıb - Baku TV
- Antibiotik qəbulundan sonra edilən ən böyük səhv görün nə imiş | Həkim açıqladı
- Həyatını itirən azyaşlı ilə bağlı həkimdən açıqlama | Vəziyyəti stabilləşdi, amma...
- Ədviyyatlar virusun qarşısını ala bilir? | Diyetoloqlardan vacib məsləhətlər
