Buna görə ABŞ-yə heç kim icazə verməyib! - Nebenzyadan təcili açıqlama
“Yaxın Şərqdə deeskalasiya olmadan bütün dünya özünü nüvə fəlakətinin astanasında tapa bilər”.
Bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
Onun sözlərinə görə, ABŞ öz hərəkətləri ilə Pandoranın qutusunu açıb və bunun hansı yeni nəticələrə səbəb ola biləcəyini heç kim bilmir.
V.Nebenzya ABŞ-nin gecə vaxtı İran obyektlərinə endirdiyi zərbələrlə daha da gərginləşən Yaxın Şərqdə vəziyyətin son dərəcə təhlükəli inkişafına işarə edib:
“Rusiya ABŞ-nin suveren dövlət və BMT-nin üzvü olan İrana qarşı törətdiyi məsuliyyətsiz, təhlükəli və təxribat xarakterli hərəkətlərini ən kəskin şəkildə pisləyir.
Xatırlatmaq istərdim ki, heç kim ABŞ-yə belə hərəkətlərə icazə verməyib. Biz israrla amerikalı həmkarlarımıza İranın nüvə proqramı ilə bağlı ziddiyyətlərin dinc, qarşılıqlı məqbul həll yollarını tapmaq üçün vasitəçilik xidmətlərimizi təklif edirik. Amma bizim amerikalı həmkarlarımızın bu gün diplomatiyaya ehtiyacı yoxdur. Bunun məsuliyyəti Amerika rəhbərliyinin üzərinə düşür. ABŞ İrana zərbələri ilə beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını bir daha nümayiş etdirdi”.
Diplomat əlavə edib ki, ABŞ hegemonluğunu qorumaq üçün istənilən cinayəti törətməyə və beynəlxalq hüququ pozmağa hazır olduğunu təsdiqləyib.
#Rusiya teqi istifadə olunub
- 44 səhifəlik sənəd Moskva ilə Tehranın uzunmüddətli planlarını üzə çıxardı - Baku TV CANLI
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- London Moskvadan gələn təhlükə səbəbindən son 35 ilin ən təhlükəli dövrünü yaşayır - Baku TV CANLI
- ABŞ Rusiyaya qarşı hansı planı işə saldı? - Baku TV CANLI
