Buna icazə vermək olmaz | BMT Baş katibindən dünya ölkələrinə xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Baş katibi Antonio Quterreş dünyanın yenidən nüvə silahından real istifadə təhlükəsi ilə üz-üzə gəldiyini deyib.
Bu barədə o, ABŞ-nin Xerosimaya nüvə bombası atmasının 79-cu ildönümü ilə bağlı anım mərasiminə ünvanladığı məktubda bildirib.
“Nüvə silahları və onlardan istifadə ilə bağlı təhdidlər təkcə tarix dərsliklərinin səhifələrində deyil, həm də beynəlxalq münasibətlərdəki vəziyyət fonunda yenidən özünü büruzə verir.
Nüvə müharibəsi dünyanın real üzləşdiyi qlobal təhlükədir. Nüvə silahı təhlükəsini aradan qaldırmağın yeganə yolu ondan tamamilə imtina etməkdir. Nüvə müharibəsi başlayarsa, kimsə “qalib tərəfəm” deyə bilməz. Bu müharibədə hər kəs itirəcək. Ona görə də belə bir müharibənin başlamasına icazə vermək olmaz”, – deyə o qeyd edib.
Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrinə davamlı olaraq “nüvə müharibəsinin astanasındayıq” deyə çağırışlar edir. O, buna bənzər fikirləri İran və İsrail arasında yaşanan gərginlik, Rusiya-Ukrayna müharibəsi zamanı və Zaporojye Atom Elektrik Stansiyasının radiasiya tənzimləyici qurğuları sıradan çıxarkən də bildirib.
#Antonio Quterreş teqi istifadə olunub
- Səudiyyə Ərəbistanının əsas hava limanlarından biri raket hücumuna məruz qalıb - Baku TV
- BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir
- Antonio Quterreş Kiprlə bağlı çoxtərəfli görüş planlaşdırır
- BMT-nin Baş katibinin adaya səfəri nə ilə yadda qalacaq? - Baku TV CANLI
- Quterreş İranı və ABŞ-ni danışıqları təcili olaraq bərpa etməyə çağırıb
