Pleyeri seçin:
Buna son qoyulmalıdır | Ərdoğandan dünyaya təcili çağırış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin təhdidləri və münaqişəni genişləndirmə cəhdlərinə son qoyulmalıdır. Əks təqdirdə bölgə daha dərin münaqişələr, hətta müharibə riski ilə üz-üzə qalacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində çıxışı zamanı deyib.
Suriya ərazisinin terrorçulardan təmizlənib, firavan dövlət olmasını arzu etdiyini deyən R.T.Ərdoğan regionla bağlı narahatlıqlarını da dilə gətirib:
“Bölgədə terror dövləti quracağını düşünənlər bilsinlər ki, bu, xəyaldır və qətiyyən gerçəkləşməyəcək. Həmçinin NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı, şübhəsiz ki, narahatlıq doğurur. Buna səbəb ola biləcək istənilən addımdan məntiqli şəkildə qaçmaq lazımdır”.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
