“Bunlar qəbuledilməzdir və hörmətsizlikdir!” - Mirzoyanın açıqlaması aranı qarışdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın XİN başçısı Sergey Lavrovun son bəyanatlarına sərt cavab verib.
A.Mirzoyan açıq şəkildə bildirib ki, Moskva rəsmilərinin Ermənistanın daxili siyasi proseslərinə münasibət bildirməsi qəbuledilməzdir və ölkənin suverenliyinə hörmətsizlikdir.
“Cənab S.Lavrovun Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətinə müdaxilə etməsi yolverilməzdir. Biz öz dövlətçiliyimizi qoruyuruq və gələcəyimizə yalnız özümüz qərar verəcəyik”, – deyə A.Mirzoyan vurğulayıb.
Erməni nazir həmçinin qeyd edib ki, ölkələr arasındakı münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanmalıdır. Onun sözlərinə görə, Ermənistan heç bir xarici gücün təzyiqini qəbul etmir və milli maraqlarını qətiyyətlə müdafiə edəcək.
Ekspertlərin fikrincə, A.Mirzoyanın bu bəyanatı Ermənistan-Rusiya münasibətlərində gərginliyi daha da artıracaq və regionda geosiyasi balansın dəyişməsi ehtimalını gücləndirəcək.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
